Bərdə dəyirmançısının qurduğu su dəyirmanı dillər əzbəri olub

Paylaş
929 İzlənmə
2 Həftə Öncə

Aranlıq olduğu üçün, Bərdədə su dəyirmanı quraşdırmaq olduqca çətin işdir. Amma təqaüdçü İsmayıl Əliyev artıq 22 ildir Bərdənin Kələntərli kəndində dəyirman işlədir və onu daha da təkmilləşdirmək fikrindədir.

 

Müasir dünyamızda ekoloji cəhətdən təmiz və cana xeyirli məhsul tapmaq olduqca çətindir. Supermarketdə alış-veriş zamanı isə məhsulların üzərində kilometrlik inqrediyentlər siyahısı görürük.

 

Bərdənin Kələntərli kəndində üyüdülən  unun inqrediyentləri arasında isə yalnız bir ad yazılıb – buğda, vəssalam. Ölkənin bütün rayonlarından, hətta xarici ölkələrdən bu unu sifariş edirlər, növbə tuturlar.

 

Amma bu dəyirmanın tarixçəsi başqadır. O vaxtlar usta işləyən İsmayıl Əliyev bu dəyirmanı 90-cı illərin əvvəlində çörəklə bağlı böhran zamanı kənd sakinlərinə kömək məqsədilə inşa edib. İndi isə təqaüdçü olan dəyirmançı onu daha da təkmilləşdirməyə çalışır və susuz işləyən dəyirman tikmək istəyir. İnsanlara köməyi isə indiyə qədər davam edin. Daha ətraflı videomuzda izləyin.

 

Mənbə: Sputnik.az

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

205 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun