Həftəsonu taksi qiymətləri bahalaşdı: Süni artım yoxsa...?

Paylaş
193 İzlənmə
1 Həftə Öncə

Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə həftəsonları ictimai nəqliyyatın da fəaliyyəti dayandırılıb. Amma taksilərin işləməsinə heç bir qadağa yoxdur. Təbii ki, fərqlənmə nişanı olanlardan başqa. Amma taksi sürücüləri də bu iki günü fürsət bilərək gedişhaqqını qaldırıblar. Buna səbəb nədir?

 

Qaynar TV Xəzər TV-yə istinadla xəbər verir ki, taksi sürücüləri süni şəkildə qiymətləri artırıblar.

 

Bunu şəhərdə apardığımız sorğu deməyə əsas verir. Paytaxt sakinləri deyirlər ki, taksi fəaliyyəti ilə fərdi şəkildə məşğul olan sürücülər və şirkətlər şənbə-bazar günlərini fürsət bilərək gedişhaqqını qaldırıblar. Qiymətlərdə təxminən 50-100 faiz artım müşahidə edildiyi bildirilir.

 

Sərnişinlərin fikirlərindən belə aydın olur ki, taksi sürücüləri gedişhaqqını ikiqat artırıblar. Amma sürücülər artımın bu günlərdə yox, həftəiçi günün pik saatlarında olduğunu deyirlər.

 

Qiymət artımının səbəbini taksi şirkətlərindən də soruşduq. Bildirdilər ki, qiymət artımı ilə bağlı sualımıza həftənin bazarertəsi cavab verə bilərlər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun