SOCAR-ın ilk Təlim Mərkəzindən VİDEOREPORTAJ

Paylaş
510 İzlənmə
2 Ay Öncə

Hər bir şirkətin ən böyük sərmayəsi insan resursudur. Şirkətin potensialı və gücü məhz kadrlarına bağlıdır. Bu baxımdan kadrların daim inkişafı, təkmilləşdirilməsi, biliklərinin artırılması vacibdir. Azərbaycanın ən böyük işəgötürəni SOCAR da bu sahəyə xüsusi yanaşır. Şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə çoxşaxəli kadr hazırlığı proqramı icra olunur, neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir.

 

Kadr potensialının möhkəmləndirilməsi, idarə və müəssisələrdə beynəlxalq standartlar əsasında peşə fəaliyyətinin təşkili məqsədilə 2011-ci ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb. İdarə yaradılarkən 2007-ci ildən fəaliyyət göstərən Kadr Hazırlığının Təşkili Mərkəzi onun tərkibinə daxil olub. Bu ilk mərkəz həmin vaxt SOCAR-ın yeganə təlim mərkəzi idi. Hazırda isə İdarənin spesifikliyi ilə fərqlənən 5 mərkəzi fəaliyyət göstərir.

 

Videoreportaj hazırladığımız  Kadr Hazırlığının Təşkili Mərkəzində 6 müxtəlif istiqamətdə təlimlər təşkil olunur. Bu təlimlər ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində təlimlərdir. Mərkəz yüksək maddi-texniki bazaya malikdir və təlimlər beynəlxalq standartlar səviyyəsində keçirilir.

 

Mərkəzin yeni mühəndis təlim korpusunda SOCAR-ın mühəndis-texniki işçiləri üçün müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları (metrologiya, texnologiya, mexanika, energetika, idarəetmə, SƏMTTE, informasiya texnologiyaları, qaynaq mühəndisliyi, qeyri-destruktiv müayinə, emal, avtomatik idarəetmə sistemləri/PLC, neft-qaz hasilatı, qazma, geologiya) təşkil olunur.

 

Bundan başqa, SOCAR-ın müəssisələrində çalışan qeyri-destruktiv müayinə mütəxəssisləri üçün “Ultrasəs müayinə metodu”, “Penetrant müayinə metodu”, “Rentgen müayinə metodu”, “Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti” və digər mövzularda təlimatlandırma kursları keçirilir.

 

2018-ci ildən Mərkəzin sifarişi əsasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsində SAP proqramı əsasında SAP MM - “Materialların idarə edilməsi modulu”, SAP Fİ - “Maliyyə uçotu modulu”, SAP SD - “Satış və çatdırılma modulu”, SAP PM - “Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT - “Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR - “İnsan Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS - “layihələrin idarə olunması modulu” üzrə kurslar təşkil olunur.

 

Bu ilin may ayında Mərkəzdə kursa cəlb olunmuş 50 000-ci dinləyiciyə sertifikat təqdim edilib.

 

Bu ilin 11 ayı ərzində 4537 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

 

Qaynar TV "Report"a istinadən Kadr Hazırlığının Təşkili Mərkəzindən videoreportajı təqdim edir:

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

681 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun