Laçın dəhlizindəki sülhməramlıların yeni videosu yayıldı

Paylaş
524 İzlənmə
1 Həftə Öncə

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edirlər.

 

Qaynar TV  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlı kontingentin hərbi personalı müşahidə məntəqələrindən keçən bütün avtomobilləri yoxlayır, hərbi polis bölmələri isə Laçın dəhlizindən Xankəndiyə gedən yola marşrut boyu nəzarət edirlər.

 

Sülhməramlı missiyanın həyata keçirildiyi ərazilərdə vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Cənub zonasında 12, şimal zonasında 11 müşahidə postu qurulub.

 

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun