İmişli səmasında naməlum uçan obyekt göründü

Paylaş
1,295 İzlənmə
2 Həftə Öncə

Azərbaycanda havada hərəkət edən naməlum obyekt görünüb.

 

Qaynar TV-nin Report-a istinadən məlumatına görə, dairəvi formada olan qeyri-adi obyekt ötən gün saat 20:00 radələrində İmişli şəhəri ərazisində qeydə alınıb.

 

Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 500-600 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib.

 

Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir neçə müddət səmada dayandıqdan sonra anidən gözdən itib.

 

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun