Bakıda BMW məşhur otelə girdi

Paylaş
11 İzlənmə
1 Həftə Öncə

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Qaynar TV APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

 

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən "Ford" markalı nəqliyyat vasitəsinə dəyib. Daha sonra BMW zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb.

 

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

 

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

 

Qeyd edək ki, BMW əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

117 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun