Məşhur komediyaçı səhnədə yıxıldı, koronavirus olduğu üzə çıxdı

Paylaş
201 İzlənmə
1 Həftə Öncə

Bir neçə gün əvvəl tamaşa göstərdiyi zaman səhnədə huşunu itirərək yerə yıxılan 57 yaşlı məşhur amerikalı komediya ustası Derri Layn Haqlinin koronavirusa yoluxduğu məlum olub.

 

Qaynar TV xəbər verir ki, bu barədə sənətçi özü sosial şəbəkə hesabında yazıb. O, aparıldığı Müqəddəs Tomas Xəstəxanasında müayinə zamanı Covid-19 testinin nəticəsinin müsbət çıxdığını bildirib. Bundan sonra aktyor özünü qaldığı hoteldə karantinə alıb.

 

"Xəstəliyim asimptomatik olaraq adlandırıldı. Qrip əlamətləri yoxdur. Nəfəs almaqda çətinlik çəkmirəm. Öskürəyim, yuxarı və ya aşağı hərarətim yoxdur. Dad və ya qoxu hissiyatım da yerindədir. Düşünürəm ki, sadəcə huşumu itirmişəm. Dualarını və xoş diləkləriniz üçün təşəkkür edirəm", - deyə komediya ustası bildirib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

490 1 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun