Aldadılan istehlakçılar, varlanan zərgərlər

Paylaş
619 İzlənmə
1 Ay Öncə

İstehlakçı aldadılması baş verən sahələrdən biri də qızıl alış verişidir. Belə ki, əksər alıcılar orjinal qızılı aid edə bilmir.Qızılın nə əyyarını, nə də ki, zəmanət talonunu soruşmur. Özlərinin təbilincə desək bunu satıcının vicdanına buraxır.

 

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

 

Sakin: “Məlumatsızlıqdan istifadə edənlər də müştərini aldadır və məhsulu dəyərindən qat- qat baha satır. Şübhə çəkən əsas məqamlardan biri də 60-70% - bəzən də daha çox endirimin edilməsidir”.

 

Cabbar Dostuyev – Satıcı: “Mağazalarda qızıllara göz gəzdirikdə əksəriyyətinin üzərində əyarının olmadığını və ya səliqəsiz vurulduğunun şahidi olduq. Satıcılardan qızılın əyarının niyə olmadığını soruşduqda onlar qızılları topa şəklində gətirdiklərini və əyarın yalnız birinin üzərində olduğunu deyirdilər. Lakin bu belə olmamalıdır”.

 

Cabbar Dostuyev – Satıcı: “Qızıla müxtəlif metallar qatıla bilər. Belə olduqda əyyar  və rəng dəyişir. Qızıl alarkən əsasən onun iç tərəfinə diqqət etmək lazımdır. Əgər iç hissə  də səliqəli işlənibsə, deməli, qızılın orijinal olma ehtimalı daha çoxdur.  Həmçinin satıcılar qızılı yoxlamaq üçün müştəriyə şərait yaratmalıdır”.

 

Nurlan Mirzəyev – Zərgər: “Qanuna əsasən isə bütün zərgərlik məmulatlarının üzərində onların əyarı əks olunmalıdır. Çünki əyar istifadə olunan qızılın keyfiyyətinin göstəricisidir. İstifadəçi aldığı qızılın hansı keyfiyyətdə olduğunu bilməlidir və bu onun hüququdur”.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun