Bakıda möhtəşəm Atəşfəşanlıq

Paylaş
816 İzlənmə
3 Həftə Öncə

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.
 
Qaynarinfo istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təşkil olunan bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.
 
Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib. Eyni zamanda, şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.
 
Beləliklə, 2019-cu il yola salınıb və 2020-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.
 
Qədəmlərin uğurlu olsun, 2020-ci il!

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

205 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun