2 ermənini yenən Sənan "qızıl"ı belə qazandı

Paylaş
1,314 İzlənmə
1 Həftə Öncə

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medala sahib çıxan yunan-Roma güləşçimiz Sənan Süleymanov finalda layiqli müqavimətlə üzləşib.

 

Qaynar TV xəbər verir ki, o, öncə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyana qalib gəlib. Daha sonra İtaliya idmançısı Matteo Maffezzoliyə şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. 

 

Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. 

 

Yarımfinalda təcrübəli Ermənistan güləşçisi Karapet Çalyanla prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb. Dünən macarıstanlı Zotlan Levayla həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının qalibi olub.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun