Qətərdə yaşayan soydaşlarımız erməni təxribatlarına etiraz ediblər

Paylaş
232 İzlənmə
3 Həftə Öncə

17 iyul 2020-ci il tarixində Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.

 

Qaynar TV xəbər verir ki, əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!”, "Karabakh is Azerbaijan!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər. 

 

Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.

 

Qətərdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək məqsədilə  yürüş təşkil ediblər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

2170 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun