"Yuventus"un ulduzu qol vurdu, türk futbolçuya əsgər salamı verdi

Paylaş
742 İzlənmə
1 Həftə Öncə

İtaliyada "Yuventus" və "Atletiko" arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.

 

Qaynar TV xəbər verir ki, meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib. Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0. Oyun bu hesabla bitib.

 

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları "AVRO-2020"nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun