Ödəmə terminalı pulu aldı, karta yükləmədi

Paylaş
1,294 İzlənmə
3 Həftə Öncə

Paytaxtın bəzi ərazilərində sakinlər ödəmə terminalları ilə bağlı problemlə qarşılaşıb.

 

Belə ki dayanacaqlarda quraşıdırılan ödəmə terminallarında Bakı kartın balansını artırmaq mümkün olmayıb. Buda vətəndaşların avtobuslardan istifadəsinə çətinlik yaradıb.

 

ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

 

Bəzi sakinlər bildirir ki, “Milliön” aparatında yaranan problem ilk deyil.

 

Sakin: “Karta balans vurmuşam, amma problem yaşamışam. Qəbz çıxmamış pul aparatda qaldı”.

 

Sakin: “Çox vaxt işləmir”.

 

Sakin: “Bu aparat həmişə işləmir, haçan gəlirsən xarabdı”.

 

Sakin: “Bu, yeni problem deyil”.

 

Vətəndaşların qarşıladığı problemin nədən qaynaqlandığını öyrənmək üçün “Milliön” şəbəkəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyevanın sözlərinə görə, problemə səbəb səhər saat səkkiz radələrində servisin “BakıKart” tərəfindən dayandırılması olub.

 

Ülviyyə Əfəndiyeva – Şirkətin mətbuat xidmətinin rəhbəri: “Biz çalışdıq ki, tez bir zamanda o problemi aradan qaldıraq və rezerv servere həmin ödənişləri keçirək ki, əhali çətinliklə qarşılaşmasın. Ödənişi keçməyən müştərilər var idi, bizə müraciət etdilər. Onları təlimatlandırdıq. Əgər müştəri bilmirsə, təlimatlı deyilsə, o zaman bizim qaynar xəttə *0010 müraciət etsin”.

 

Bakı nəqliyyat Agentliyindən isə bildirildi ki, pandemiya səbəbindən metroların işləməməsi vətəndaşlar 150-dən çox Bakı kart aparatlarından istifadə edə bilmirdilər. Lakin pik saatlarda vətəndaşların sıxlığı nəzərə alınaraq bəzi ərazilərdə Bakı Kart aparatından istifadə bərpa olunub.

 

Mais Ağayev – BNA-nın mətbuat xidmətinin rəhbəri: “Vətəndaşlar hər hansı bir terminalda ödəniş edib və balansa oturmayıbsa, rəsmi qaydada BNA-nə, 141 çağrı mərkəzinə müraciət edə bilərlər”.

 

Qeyd edək ki, son zamanlar daha çox Yasamal ərazisində dayancaqlarda ödəniş terminallarından istifadə edən vətəndaşlar bucür problemlərlə qarşılaşıb. Vətəndaşlar yenidən hansısa ödəmə terminallarında eyni vəziyyətlə qarşılaşdıqda isə “Milliön” şəbəkəsinin qaynar xəttinə müraciət edə bilər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4298 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun