Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Paylaş
726 İzlənmə
1 Ay Öncə

Məşhur axtarış şirkəti Rusiyada populyarlıq qazanan əslən azərbaycanlı müğənninin iştirakı ilə yeni reklam çarxını təqdim edib.

 

Qaynar TV oxu.az-a istinadən xəbər verir ki, Jony ləqəbi ilə Rusiyada məşhurlaşan (Cahid Hüseynli) “Google Russia” reklam kampaniyasının siması olub.

 

Video şirkətin rəsmi “YouTube” səhifəsində yerləşdirilib.

 

Təqdimat videosu “Google”da məşhurlar haqqında məlumatı tapmağın asan olduğunu nümayiş etdirmək üçün çəkilib. Nümunə olaraq isə Jony göstərilib.

 

Jony dörd yaşında olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. O, uşaqlıqdan məşhur olmağı xəyal edib və nəhayət, arzusunu reallaşdırıb. Müğənninin sözlərinə görə, sənətə gəlməsində sosial şəbəkələr böyük rol oynayıb. Sənətçi ilk dəfə Bakıda “Jara-2019” beynəlxalq musiqi festivalında çıxış edib.

 

C.Hüseynli azərbaycanlı musiqiçi Elman Zeynalov tərəfindən qurulan “Raava Music” leybolu altında çalışır.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun