Ermənilər Şurnuxu kəndi istiqamətində təxribat hazırlayır

Paylaş
1,126 İzlənmə
3 Ay Öncə

Ermənistan əldə olunmuş razılığa əsasən, bu gün saat 17:00-da Qafan rayonunda nəzarət altında saxladığı 13 yüksəkliyi Azərbaycana geri qaytarmalıdır.
 
Rusiya slühəmramlılarının vasitəçi olduğu razılaşma Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində həyata keçirilir.
 
Amma qərarın icrasından yayınmaq üçün cəhdlər də qeydə alınıb. Belə ki, Gorus rayonunun Şurnuxu kəndinin icma sədri Akop Arşakyan kəndin yaxınlığındakı Azərbaycan ərazilərini tərk etməməyə çağırış edib.
 
O, kəndin Azərbaycanın Qubadlı rayonuna düşən hissəsini əldə saxlamaq üçün Ermənistan vətəndaşlarından könüllü döyüşmək üçün Şurnuxa gəlməsinə çağırış edib. Arşakyan razılaşmanın icra olunacağı təqdirdə Şurnuxu kəndinin bir hissəsi ilə yanaşı, Gorus-Qafan yolunun bəzi hissələrinin də Azərbaycanın ərazisinə düşəcəyini əlavə edib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6188 5 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun