Türkiyə çempionatında it 3 dəfə meydana girdi, oyunu dayandırdı

Paylaş
234 İzlənmə
1 Ay Öncə

Türkiyə I liqasının XXII turunda keçirilən "Fatih Karagümrük" - "Giresunspor" oyununda ilginc olay baş verib.

 

Qaynar TV xəbər verir ki, qarşılaşmaının gedişində meydana it daxil olub və oyun dayandırılıb. Meydan sahiblərinin futbolçusu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topu heç kimə vermək istəməyən "dəvətsiz qonağ"ı futbolçular aldadaraq meydandan çıxarsalar da, o, yenidən geri qayıdıb. 

 

Bu dəfə "Fatih Karagümrük" klubunun kapitanı iti qucağına alaraq meydanın kənarına aparıb. Üçüncü dəfə meydana daxil olan it sonda mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun