Şou-biznes əhli etiraf etdi: “Axşam evə gələndə…"

Paylaş
15 İzlənmə
1 Həftə Öncə

ARB TV-nin “Show News” verilişi müğənnilərlə maraqlı sorğu keçirib.

 

“Sonuncu dəfə nə vaxt “Kaş ki…” sözünü işlətmisiniz?” sualına müğənnilər maraqlı cavablar veriblər:

 

Türkan Vəlizadə: “İki dəqiqədən bir “Kaş ki…” deyirəm”.

 

Aysun İsmayılova: “Axırıncı dəfə nə vaxt dediyimi unutmuşam, ən çox uşaq vaxtı “Kaş ki…” sözünü işlətmişəm”.

 

Ayan Babakişiyeva: “Az öncə işlətdim o sözü. Yaxın rəfiqəmin qəlbinə dəydim, anlaşılmazlıq oldu. Üzr istədim rəfiqəmdən”.

 

Sevda Yahyayeva: “Çox işlətdiyim söz deyil, amma ara-sıra istifadə edirəm”.

 

Nazilə Səfərli: ““Kaş ki…”lər məndə az olur”.  

 

Zenfira İbrahimova: “Mən “Kaş ki”ni oxuduğum nəğməmdə demişəm”.

 

Kənan M.M: “İstanbuldan gələndə bileti bir az gec almışdım, orda dedim ki, kaş bileti bir az tez alaydım”.

 

Günel Ələkbərova: “Dalaşanda bir az hirsli oluram, deyirəm kaş belə etməzdim. Hirsim sakitləşəndən sonar deyirəm ki, nə etmişəmsə yaxşı eləmişəm”.

 

Aytac Vidadiqızı: “Əvvəllər daha tez-tez deyirdim bu sözü, son zamanlar azalıb”.

 

Şölə Səfərəliyeva: “Ən son iki gün öncə demişəm”.

 

Nahidə Orucova: “Cavanlığımda, gəncliyimdə olub. Demişəm ki, kaş mən idman yolu ilə gedərdim, sonra düşünmüşəm ki, nə yaxşı elə bu yolu seçmişəm” .

 

Rüstəm Cəbrayılov: “Məktəb illərində demişəm. Kaş ki, 11-ci sinifdə oxuyardım”.

 

Nigar Şabanova: “Şəxsi həyatımla bağlı çox danışmışam, təkrar danışmaq istəmirəm. “Kaş ki”ni şəxsi həyatımla bağlı demişəm”.

 

Ədalət Şükürov: “Çox işlədiyim söz deyil. Hərdən olur axşam evə gələndə düşünürsən ki, kaş filan adama ağır cavab verməzdim”.

 

Əbdül Xalid: “Ən son 2 il öncə “Kaş ki…” demişəm”

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun