Kürdəmirdə ilanlar evlərə dolub

Paylaş
552 İzlənmə
4 Ay Öncə

Kürdəmirdə ilanlar kənd sakinlərinin kabusuna çevrilib.

 

Qaynar TV “Report”a istinadən xəbər verir ki, rayonun Mürtülü kəndində günün işıqlı vaxtlarında çoxlu sayda ilanın 10-a yaxın ailənin həyətlərində və evlərində peyda olması onlarda ciddi şəkildə narahatlıq yaradıb.

 

Kənd camaatının sözlərinə görə, bu vəziyyət artıq necə ildir ki, davam edir və əsasən yaz yay aylarında ilanlar kütləvi şəkildə evlərə hücum edir.

 

Bu evlərdə xeyli sayda azyaşlı uşaq yaşayır.

 

Sakinlər mövcud vəziyyətlə bağlı əlaqədar təşkilatlara dəfələrlə məlumat versələr də bu günə qədər bununla bağlı heç bir tədbir görülməyib. İlanlar gün ərzində bəzi evlərin tavan hissəsindən, bəzi evlərin isə zirzəmi hissəsindən evlərə daxil olmağa çalışırlar.

 

Kənd sakini, 4 uşaq atası Mehman Cəbrayılov deyir ki, bir otaq və bir balkonu olan evdə 8 nəfər ailə üzvü ilə birlikdə yaşayır və işsizdir: “Hər gün həyətdə və evdə 5-6 ilan tutub öldürsək də, onların sayı azalmır. Gün ərzində müxtəlif növ ilanlar evə hücum çəkir. Biz isə yalnız uşaqları qorumağa çalışırıq və artıq yorulmuşuq”.

 

Kəndin sakini Rövşən Rəsulov isə deyir ki, həmin ilanlardan biri anası Elmira Rəsulovanı sancıb: “Bundan sonra anam Bakıya köçüb orda kirayə yaşamağa başladı”.

 

Hazırda kənddə 10-a yaxın evin sakinləri əlaqədar təşkilatlardan kömək gözləyirlər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4312 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun