“Roskosmos” rəhbəri Dmitri Roqozin “Kapral” adlandırılmış travmatik tapançanı nümayiş etdirib.
Qaynar TV xəbər verir ki, bu kiçik silahlar da dövlət korporasiyası tərəfindən “Zlatmaş” törəmə müəssisəsində istehsal olunur.
Roqozin Twitter-də qeyd edib ki, “Roskosmos” müəssisələri təkcə raket və kosmik texnologiya deyil, enerji avadanlığı, tibbi avadanlıqlar, yüngül dəmir yolu nəqliyyatı və lift avadanlığı da istehsal edir.
Təqdim olunan tapança PP-91 "Kedr" avtomatı əsasında hazırlanıb. Silah təhlükəsizlik işçiləri üçün nəzərdə tutulub və yığcam olduğundan paltarın altında koburada gəzdirilə bilər. "Zlatmaş" eyni zamanda ov silahları, döyüş, xidməti və pnevmatik silahlar da istehsal edir.
Videoları qaçırmayın
Videoları qaçırmayın