Rəqibini nakauta saldı, Məhəmməd Əlinin rekordunu yenilədi

Paylaş
1,310 İzlənmə
2 Həftə Öncə

Ümumdünya Boks Şurasının ağır çəki dərəcəsində amerikalı boksçu Diantey Uaylder kubalı rəqibi Luis Ortizi nakautla məğlub edərək, çempion olub.

 

Qaynar TV xarici KİV-ə istinadən xəbər verir ki, 10-cu dəfə çempionluq ünvanını qoruyan Uaylder bununla əfsanəvi boksçular Mayk Tayson, Lennoks Levis və Coi Freyzeri ötüb, Məhəmməd Əlinin isə rekordunu yeniləyib.

 

Ağır çəkidə boks tarixində isə ünvanını qoruyub saxlama rekordu 25 matçla amerikalı Coi Luisdədir. Onu 20 matçla həmyerlisi Larri Holms və 18 matçla ukraynalı boksçu Vladimir Kliçko müşayiət edir. Karyerası ərzində hələlik məğlubiyyəti olmayan 34 yaşlı Uaylderin isə aktivində 43 matçdan 41-i nakaut olmaqla 42 qalibiyyət və 1 heç-heçə var.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun