Xankəndi hava limanı açılır?

Paylaş
1,944 İzlənmə
6 Ay Öncə

"Düşünürəm ki, ilk növbədə Xankəndi aeroportundan uçuşlar Azərbaycanın iştirakı ilə həyata keçirilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikirincə, Azərbaycanın iştirakı olmadan hansısa hava limanından daşınmaların həyata keçirilməsi maraqlarımıza ziddir:
 
"Xankəndi hava limanın açılması barədə xəbərlər hələ ki, birtərəflidir. Bu məlumatlar Rusiya tərəfinə istinad edilməklə ermənilərinin marağını qorumağa çalışan Ermənistan mediasında tirajlanır. Azərbaycan tərəfi bu barədə hələ rəsmi açıqlama verməyib. Təbii ki, bu aeroport Rusiya üçün daha sərfəlidir. Çünki Gəncəyə, oradan da uzun məsafə, narahat yollar və s. qət etməklə Xankəndinə gedib çıxmaq böyük zaman tələb edir. Bundan əlavə həmin yollarda vəziyyət iqlim şəraitindən də asılıdır. Bəzi hissələri artıq qapalı vəziyyətdədir. Kəlbəcər yolu isə tamamiylə bağlıdır. Gorus-Qafan yolu da mövsümlə əlaqədar olaraq artıq bağlıdır, daha uzaqdır və narahatdır. Ermənilər işğal zamanı bütün yolları pis vəziyyətə salıblar".
 
Ədalət Verdiyev Rusiyaya belə bir hava limanının lazım olduğunu qeyd edib:
 
"Lakin bu hava limanın fəaliyyətində mütləq azərbaycanlıların və ya bizim maraqlarımızı qoruyacaq personalın çalışması vacibdir".

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6249 8 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun