Heç kimin yaxın buraxmaq istəmədiyi zibil qutuları

Paylaş
1,177 İzlənmə
3 Həftə Öncə

Xətai rayonu, Əhmədli metrosu ərazisindəki obyekt sahibləri zibil qutularının qoxusundan şikayətçidir.

 

ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

 

Şikayətçilər ərazidə faliyyət göstərən bərbərxananın, geyim və meyvə tərəvəz mağazalarının əməkdaşlarıdır. Deyirlər ki, əvvəl bu zibil qabları 50-60 metr uzaqda, yaşayış binalarının arasında olub.

 

Şikayətçi: “Qoxu bürüyür buraları, küləkli havalarda lap pis olur”.

 

Şikayətçi: “Biz istəyirik ki, biraz qabağa keçirilsin”.

 

Məsələ ondadır ki, bu zibil qablarına əvvəl yerləşdikləri ərazinin də sakinləri sahib çıxmır. Buradan çətinliklə götürtdüyümüz qabların geri qaytarılmasına imkan vermərik deyirlər.

 

Sakin: “Burada mümkün deyil, xəstəlikdir, camaatın balaları xəstələnir”.

 

Sakin: “Buradan çıxıb yenə bura qayıdacaq?”

 

İki tərəf arasında qalan Mənzil İstismar Sahəsinin də əslində özünə görə səbəbləri var.

 

Elxan Xakiyev – Xətai rayonu, 90 saylı MİS-in rəisi: “Burada saxlanılan maşınların əlindən zibil maşınları binanın həyətinə girə bilmir. Axşam gəlirdi və bəzən saatlarla dayanıb çıxıb gedirdi. İndi isə rahatlıqdır. Nəzarət olunur. Başqa yerə götürüb aparılmağa yer yoxdur”.

 

Aidiyyatı qurumun rəhbəri zibil qablarının nəinki yol kənarından götürüləcəyini, hətta 10 qutuya daha ikisinin əlavə olunacağını deyir. Çünki, bu qablar təkcə bu obyektlərin yox, həm də bir neçə hündürmərtəbəli yaşayış binasının tullantılarını özündə toplayır. Ərazidə çalışan və bu obyektlərin müştərisi olan şəxslərin də, necə deyərlər qoxusu ilə ağlını başından alan elə məişətdən atılan tullantılardı.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4298 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun