Azərbaycanın milli parkında daha iki bala bəbir qeydə alındı

Paylaş
578 İzlənmə
3 Həftə Öncə

Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin videogörüntüləri qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynar TV-yə verilən məlumata görə, görüntülər ETSN, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-video tələlər vasitəsilə 2019-cu ilin noyabr-dekabr aylarında əldə edilib.

 

Qeyd edək ki, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub. Sevindiricidir ki, görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır.

 

Xatırladaq ki, 2012-ci ildən bu günədək aparılan monitorinqlər zamanı Zəngəzur Milli Parkında 13, Hirkan Milli Parkında isə 9 bəbir qeydə alınıb. Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

205 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun