"Neftçi" "Səbail"ə qalib gələ bilmədi

Paylaş
630 İzlənmə
1 Həftə Öncə

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

 

Qaynar TV xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları üz-üzə gəlib.

 

Hər iki komanda üçün ilk oyun günündən sonra itirilmiş mövqelərini geri qaytarmaq imkanı var idi. Oyun 0:0 hesabı ilə bitdiyi üçün komandalar turnir cədvəlində irəliləyə bilməyib. Hazırda "Neftçi" 22 xalla 3-cü, "Səbail" isə 12 xalla sonuncudu. 

 

Bu, iki kollektivin 10-cu "duel"i olub. Bu qarşılaşmalardan 2-də "Səbail", 6-da "Neftçi" üstün olub, daha 2 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də ağ-qaralar" öndədi - 20:7. "Neftçi” son 8 matçda meydanı qol vurmadan tərk etməmişdi. "Səbail” isə artıq 4 oyundu evdə qalib gəlmir.

 

Qeyd edək ki, turun ilk iki oyununda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Son oyun dekabrın 2-də "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" arasında olacaq.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

117 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun