"Ekologiya postu" sökülür, Bakı-Sumqayıt yolu genişləndirilir

Paylaş
2,269 İzlənmə
1 Ay Öncə

Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' söküləcək.

 

Qaynar TV "Xəzər TV"yə istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək.

 

Məlumata görə, müasir stadndartlara cavab verən post tam olaraq tikildikdən sonra köhnənin söküntüsünə başlanacaq. Bu müddət ərzində yolun digər hissələrində işlər davam edəcək. Yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından "xarici dairəvi" yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən ''20 yanvar'' dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.

 

Bakı-Sumqayıt yolu ilə yanaşı, günün pik saatlarında tıxacın yarandığı Xırdalan şəhərinin də əsas prospekti təmir edilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun