Qara dənizdə gəmi çevrildi, 14 min qoyun tələf oldu

Paylaş
739 İzlənmə
1 Ay Öncə

Qara dənizin Rumıniya sahillərində “Queen Hind” gəmisi Palau bayrağı altında qəzaya uğrayıb.

 

Qaynar TV kp.ru-ya istinadla xəbər verir ki, gəmidə qəfəslərə salınnmış 14 mindən çox qoyun olub. Məlumata görə, demək olar, bütün heyvanlar tələf olub.

 

Hadisə 24 noyabr bazar günü baş verib. Gəmi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getmək üçün yerli Midiya limanından yola çıxandan az sonra qəfildən çevrilib.

 

Suya qərq olan qoyunları axtarmaq üçün polis, yanğınsöndürənlər və sahil mühafizəçilərinin iştirakı ilə əməliyyat başladılıb. Nəticədə yük gəmisinin yanında üzən 32 qoyun xilas edilib.

 

22 suriyalıdan ibarət ekipaj üzvünə gəldikdə, onlardan yalnız birinin köməyə ehtiyacı olub. Həmin şəxs xəstəxanaya aparılıb.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

202 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun