Mask açıqladı: Beyni kompüterlə birləşdirəcək çip uğurla sınaqdan çıxdı

Paylaş
921 İzlənmə
3 Həftə Öncə

2017-ci ildə yaradılan "SpaceX” və "Neuralink”in qurucusu İlon Mask "Neuralink”in qərargahında keçirilən onlayn mətbuat konfransında beyinə bağlanmaq üçün kəllə sümüyünə çip yerləşdirmə proqramının uğurundan danışıb.

 

Qaynar TV xəbər verir ki, Mask açıqlamasında sistemlərin son bir ildə çox sadələşdirildiyini bildirib. 

 

"İndi bu sistemlər bir sikkədən daha az yer tutan və implantasiya zamanı gizlədilə bilən bir çipə sığırlar. O, tam olaraq kəllə sümüyü ilə birləşəcək və kənardan görünməyəcək, bütün günü enerji doldurmadan işləyəcək”, - Mask deyib.

 

Qeyd edək ki, "Neuralink” eyniadlı sinir interfeysinin naqilsiz versiyasını hazırlayıb. Çip iki donuzun beyninə uğurla yeridilib və sonra heyvanlara zərər vermədən çıxarılıb. Əlavə edək ki, Mask başlanğıc üçün 100 milyon dollardan çox sərmayə qoyub.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4298 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun