Bakıda yeni polislər işə başlayır

Paylaş
9,645 İzlənmə
1 Həftə Öncə

Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri dəönə bilər.

 

Qaynar TV Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.

 

Kənan Quluzadə Turizm polisi ilə bağlıda məsələyə toxunub.Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.

 

Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

 

Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin buradaxüsusi yer tutur.bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.

 

Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir.Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb deyə o əlavə edib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

117 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun