“Spirt və maska bizi virusdan qorumur” - Gözdən də yoluxan təhlükə

Paylaş
15 İzlənmə
2 Həftə Öncə

Spirt, maska və yaxud sarmısaq insanları yayılan koronavirusdan və infeksiyadan qoruyurmu?

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

 

Sakin: “Kütləvi yerlərdə ağzıma yaşmaq bağlayıram, spirtlə, yaş salfetka ilə əlimi dezinfeksiya edirəm”.

 

Sakin: “Spirtdən istifadə etmək lazımdır, sarımsaq yemək, maska taxmaq lazımdır”.

 

İnsanlar virusdan qorunmaq üçün müxtəlif üsullara əl atır. Xüsusilə tibbi maskalardan geniş istifadə olunur. Bu maskalar qoruyurmu sualı isə ən çox müzakirəyə səbəb olan mövzulardandır. Bir çox həkimlər maskaların heç bir qoruyucu təsirə malik olmadığını deyir. Maskanı virusa yoluxan adam taxmalıdır ki, başqalarına yoluxdurma riski qismən azalsın.

 

Aytən İsmayılzadə - Pediatr: “Bir xəstə insan ətrafımızda bu cür asqırıb, öskürsə, biz əgər maska taxsaq belə, həmin xəstəliyə yoluxa bilərik. 1-ci ona görə ki, bu virus hətta gözlə də yoluxa bilir. Gözün selikli qişası o qədər həssasdır ki, virus gözdən də insan orqanizminə daxil ola bilər. Onları qorusaq belə, saçımıza düşəcək, paltarımıza düşəcək, toxunacağıq. Toxunduqdan sonra əlimizi ağzımıza aparacağıq. Ona görə, xəstə insanlar taxmalıdır ki, ağzından çıxan viruslar qalsın maskada, ətrafa yayılmasın”.

 

Həkim-ekspert Adil Qeybulla isə deyir ki, koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni, spirtdən istifadənin effekti yoxdur. O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirir.

 

Adil Qeybulla – Həkim: “Spirt əldə olan piy qatının üstündəki mikrobları tam təmizləyə bilmir. Ona görə, də bu spirtə çox da baş qoşmaq lazım deyil. Çünki adamlar panikaya düşürlər, hamı bir-birindən eşidir ki, spirt effektivlidir və ona görə də onlar da buna riayət edirlər”.

 

Həkimlər virusdan qorunmaq üçün məsələyə ciddi yanaşılmasını tövsiyyə edir.

 

Aytən İsmayılzadə - Pediatr: “Əgər biz ictimai yerə çıxdıqsa, yəni metroda, avtobusda tutacaqdan tutduqsa, kimləsə görüşdüksə, əlimizə pul aldıqsa, insanlarla çox təmasda olan bir işdə işdəyiriksə, gün ərzində bir neçə dəfə əlimizi yumaq, əlimizi yumadıqca, ağzımıza, burnumuza, gözlərimizə aparmamaq, yemək yeməmək lazımdır”.

 

Adil Qeybulla – Həkim: “İdmanla məşğul olmaq, yaxşı qidalanmaq, xüsusilə meyvə tərəvəzi axar su altında yaxşı yumaq, əti, yumurtanı yaxşı bişirmək lazımdır. Otağın havasını tez-tez ventilyasiya etdirmək lazımdır. Bunlar sağlamlığın və yoluxmamağın vacib şərtləridir”.

 

Deyilənlərə əməl edək ki, sağlamlığımızı təhlükə altında qoymayaq.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun