Bu tibbi ləvazimatların ölkədən aparılması məhdudlaşdırıldı

Paylaş
1,462 İzlənmə
1 Ay Öncə

Bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılmasına qadağa qoyulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar imzalanıb.

 

Qaynar TV "Xəzər TV"yə istinadən xəbər verir ki, son günlər steril əlcək, baxıl, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatların ölkə ərazisindən kütləvi şəkildə aparılması halları aşkar edilib. Odur ki, Nazirlər Kabineti tərəfindən sadalanan məhsulların ölkə ərazisindən ixrac edilməsinə müvəqqəti məhdudiyyət qoyulub.

 

İqtisadçı alim Vüqar Bayramov deyib ki, bu qərar həmçinin daxili bazarda təminatın tam yerli istehsal hesabına qarşılanmasına yönəlib. Çünki indiki dövrdə belə məhsulları xüsusilə Asiya ölkələrindən idxal etmək təhlükəlidir.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı müvəqqti xarakter daşıyır və mayın 1-dək qüvvədə olacaq. Artıq qərarın icrası ilə bağlı Səhiyyə , Xarici İşlər nazirliklərinə və Dövlət Gömrük Komitəsinə göstəriş verilib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun