Sürücüləri aqressivləşdirən səbəblər: “Yol boşdur, qarşıdakı maşın tərpənmir”

Paylaş
269 İzlənmə
2 Həftə Öncə

Bir nəfər siqnal verən kimi hamı başlayır siqnal verməyə. Sürücülərin bu vərdişi və bu aqressiyası nədən qaynaqlanır?

 

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

 

 Təsəkənlik, aressivlik və bir-biri ilə kəskin formada rəftar. Bu cür hallarla hər gün küçələrimizdə həm sürücü, həm də piyada kimi qarşılaşırıq.

 

Sürücü: “Tıxac olmasa, belə şeylər də olmaz. Bir də görürsən ki, yol boşdur, qarşıdakı nəqliyyat vasitəsi tərpənmir. Dözmürsən, siqnal verirsən ki, tez sürsün, yaxud da yol versin keçməyə. Bəlkə biri tələsir, birinin xəstəsi var”.

 

Mütəxəssislər deyir ki, aqressivliyi yaradan səbəblər çoxdur. Əsas problem naşı sürücülərin intensiv hərəkətə qoşularaq, yaratdığı vəziyyətdir.

 

Ruslan Musayev – Ekspert: “Birinci növbədə sürücülər savadsızdırlar, böyük əksəriyyəti yol hərəkəti qaydalarını bilmirlər. Bəzilərinin isə səriştəsi azdır. Əslində, sürücü hərəkət axınını öncədən təhlil etməyi bacarmalı, öncədən istiqaməti müəyyən etməlidir”.

 

Kor-koranə zolaq dəyişmək,  xəbərdaredici vasitələrdən istifadə etmədən davranmaq, digər sükan sahiblərini özündən çıxarır.

 

Ruslan Musayev – Ekspert: “Bir var şəxsi maraq , bir də var ictimai maraq. Sürücü anlamır ki, bu hərkətilə kiməsə narahatlıq yaradır, bunu fikirləşmir. Amma əslində, fikirləşməlidir, öz hərəkələtini müəyyən etməlidir”.

 

Yol hərəkətinin təşkilindəki problemlər, sürücü-sürücü və sürücü piyada arasındakı davranış normalarının pozulması , küçələrdə təhlükəli vəziyyəti daha qabarıq edir. Ekpertlər deyir ki, belə sürücüləri müyyən edib, hərəkətdən kənarlaşdırmaq daha məqbul sayılır.

 

Elməddin Muradlı – Ekspert: “Əəsəbləri normal vəziyyətdə olmayan kifayət qədər sürücü var. Hadisələrin araşdırılması da bunu göstərir. Sürücülük vəsiqələrinin müddəti bitdikdə, yenidən tibbi müayinə mütləqdir. Eyni zamanda psixoloji müayinə də vacibdir”.

 

Sadalanan problem və çıxış yolları insan sağlamlığı , normal cəmiyyətin formalaşması üçün vacib amillərdir. Əsəbi halda sükan tutmaq isə, sağlam yaşamaqdan əl çəkmək deməkdir.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun