Ramana sakinləri Prezidentdən kömək istədi

Paylaş
549 İzlənmə
2 Həftə Öncə

Bakı şəhər, Ramana qəsəbəsinin Gülçülük və Südçülük savxozlarının sakinləri Prezident İlham Əliyevə müraciət edib.

 

100-ə yaxın sakinin imzası ilə Qaynarinfo-ya daxil olan müraciətdə dövlət başçısından kömək istənilir.

 

Sakinlər bildirilir ki, iki savxozun yollarını birləşdirən 490 metrlik yol bərbad vəziyyətdədir. Redaksiyamıza təqdim edilən foto və video görüntülərdən də aydın görünür ki, yolda hərəkət etmək mümkün deyil.

 

Sakinlərin sözlərinə görə, indiyədək döymədikləri qapı, müraciət etmədikləri dövlət qurumu qaylmayıb. Amma heç kim problemin həllinə yardımçı olmayıb: "Nə Sabunçu rayon İcra Hakimiyyəti, nə də digər dövlət qurumları yolun təmiri üçün heç bir addım atmayıb, ümumiyyətlə problemlə maraqlanmayıblar. Bu günə qədər rayonun deputatı belə bizimlə maraqlanmayıb. Biz heç onun adını belə bilmirik. O, nə kampaniya dövründə, nə də deputatlıq müddətində bir dəfə də olsun buralara gələrək, problemlərimizlə maraqlanmayıb, həllinə çalışmayıb. 

 

Cənab Prezident, biz Ramana qəsəbəsinin Gülçülük və Südçülük savxozlarının sakinləri olaraq, sizdən kömək istəyirik. Xahiş edirik ki, bu yolun təmiri üçün aidiyyatı orqanlara tapşırıq verəsiniz".

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun