Qarabağ qəhrəmanının məzarından oğurluq edən narkoman tutuldu

Paylaş
1,305 İzlənmə
1 Həftə Öncə

Xaçmaz rayonunun Qaraqurtdu kənd qəbiristanlığında bir neçə məzarın bəzək-naxışları oğurlanıb. 

 

Qaynarinfo xəbər verir ki, bəzəkləri oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş, Səlimov Arif Sərkar oğluna aiddir.

 

Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, ələmi törədən şəxsin kimliyi müəyyənləşdirilib.

Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.

 

Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

481 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun