İyun ayında işsizlərə 190 manat veriləcəkmi?

Paylaş
7,327 İzlənmə
1 Ay Öncə

Xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutlan 190 manatlıq birdəfəlik ödəmənin iyun ayında da verilmə məsələsi gündəmə gəlib. Belə bir təkliflə çıxış edən millət vəkili Əli Məsimli hesab edir ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Əli Məsimli – Milli Məclisin deputatı: “Yaranmış vəziyyətdən asılı olaraq, aidiyəti orqanlar həmin 190 manat yardımın iyun ayında da verilməsi məsələsinə baxılmalıdır. Çünki vəziyət bunu tələb edir. 2-ci, işsizlərin statistikası aparılsın, çünki yeni işsizlər meydana çıxıb”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirildi ki, iyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Belə ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə qayıtmağa imkan verib. Yəni insanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Ekspertlər isə bu yanaşmanı doğru hesab etmir. İqtisadçı Rəşad Həsənov deyir ki, bu kimi qərarlar qəbul ediləndə müəyyən sahələrin spesifik xarakteriskası nəzərə alınmalıdır.

 

Rəşad Həsənov – İqtisadçı: “Çünki bəzi sahələr var ki, faktiki olaraq ötən həftələrdə iqtisadiyyatın mərhələli şəkildə açılması ilə əlaqədar, qəbul edilən qərarlar həmin sahələrdə fəaliyətin bərpası üçün heç bir əsas yaratmayıb. Məsələn deyək ki, turizmin əksər fəaliyət istiqamətləri, sayəhətin təşkili, yerləşdirmə sahələrində məşğul olan insanların böyük əksəriyəti hazırda öz fəaliyətini bərpa edə bilmir”.

 

Ruslan Atakişiyev – İqtisadçı: “Təbii ki, belə bir məsələ gündəmə gələndə hesab edirəm ki, bu sahədə bir xeyli dərin araşdırmağa ehtiyac var. Öyrənilməlidir ki, hansı sahələrin fəaliyəti hələ də bərpa oluna bilmir. Toylardır, şadlıq saraylarıdır onların fəaliyəti də bərpa olunmur. Ona görə də burda bir araşdırmağa ehtiyac lazımdır ki, yəni daha sui-istifadə halları olmasın”.

 

Ekspertlər hesab edir ki, hazırda işsiz olan insanları nəzərə alaraq, müvafiq proqramların müddətinin artırılmasına ehtiyac var.

 

Rəşad Həsənov – İqtisadçı: “İlkin dövlət proqramları qəbul edilərkən səsləndirilən fikirlərdən biri o idi ki, pandemiyanın davam etmə müddətindən asılı olaraq bu proqramlar yenidən gündəmə gətirilə bilər. Və artıq bunun üçün zərurət yaranıb. Son dövrlərdə xəstələrin, yoluxmaların, vəfat edənlərin sayında ciddi artımlar var”.

 

Qeyd edək ki, 190 manatlıq birdəfəlik ödəmə aprel-may aylarında 600 min insana verilib. Ölkədə xüsusi karantin rejimi isə iyun ayının 15-nə qədər uzadılıb.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1582 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun