Qaçqınlar Yunanıstan sərhədində 18 gündür bu vəziyyətdə gözləyir

Paylaş
645 İzlənmə
2 Həftə Öncə

Minlərlə qaçqın Avropa Birliyinin qərbinə çatmaq ümidi ilə Türkiyə-Yunanıstan sərhədini keçmək üçün məqam gözləyir.

 

Qaynar TV xəbər verir ki, onların əksəriyyəti sərhəd xəttində yerləşən çaydan keçərək Yunanıstan ərazisinə keçməyə çalışırlar. Qaçqınlar rezin qayıqlardan istifadə edir və ya dayaz yerlərdə çaydan keçirlər. Yunanıstan ərazisinə girməyi bacaranlar isə ölkənin uzqarlarına göndərilir.

 

Yunan ordusu qaçqınları dayandırmaq üçün su toplarından, gözyaşardıcı qazdan və atəş açmaqdan istifadə etməyə davam edir.

 

Yunan hərbi qüvvələri tez-tez qaçqınları çılpaq soyundurur, döyür, pul və telefonlarını alır, sonra da Türkiyə ərazisinə qayıtmağa məcbur edirlər.

 

Yunanıstan hakimiyyətinin sərhədi açacağına ümid edən qaçqınlar 18-ci gündür nəzarət məntəqələrində gözləyirlər.

 

Pazarkulə və Kastani keçid məntəqələri arasındakı neytral zonada və yaxınlıqdakı meşələrdə 10 mindən çox insan toplanıb. Onların əksəriyyəti çadırlarda daldalanırlar. Havaların kəskin soyuması və güclü yağış bir çox qaçqının vəziyyətini ağırlaşdırıb.

 

Çərşənbə axşamı, martın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel arasında qaçqınların vəziyyətiylə əlaqədar üçtərəfli görüş olacaq. Qaçqınların bir çoxu ümid edir ki, sammitin nəticəsi AB ölkələrinə daxil olmağa kömək edəcək.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

481 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun