Şirkət işçisi Bakının mərkəzində “protiv” gedir

Paylaş
108 İzlənmə
2 Həftə Öncə

Bakıda küçədə "Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti "protiv” sürüb.

 

Qaynar TV-nin Report-a istinadən xəbərinə görə, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.

 

Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.

 

Bu zaman "protiv” gələn motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.

 

"Report" bildirir ki, bu, "Wolt” və digər daşıma şirkətləri əməkdaşlarının ilk hərəkəti deyil. Məsələ burasındadır ki, bir-biri ilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar. Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun