"Barsa" fanatları Messiyə görə prezidentin istefasını tələb etdi

Paylaş
1,348 İzlənmə
3 Həftə Öncə

Lionel Messinin "Barselona”dan mümkün gedişinin anonsu Kataloniya klubunun azarkeşlərini komandanın ofisinin yaxınlığında toplaşmağa vadar edib. 

 

Qaynar TV xəbər verir ki, onlar ulduz futbolçu ilə mübahisədə günahkar olduğu güman edilən prezident Xosep Maria Bartomeunun istefasını tələb ediblər.

 

Klubun ofisi önündə baş verən etiraz aksiyasının video görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Bu barədə Rambler məlumat verib.

 

Prezident Bartomeu bundan əvvəl İdarə Heyətinin təcili toplantısını çağırıb və Lionel Messi komandada qalmağı qərara alarsa, klubdan ayrılacağını bildirib.

 

Xatırladaq ki, daha əvvəl NEWS.ru "Barselona"nın yeni baş məşqçisi Ronald Kumanın kataloniyalıların kapitanı Lionel Messi ilə görüşdüyünü bildirmişdi. Klubun məşqçisi paltardəyişmə otağında heç kimin xüsusi imtiyaz və nüfuza sahib olmadığını qətiyyətlə vurğulayıb. Futbolçu ilə məşqçi arasındakı görüş düşməncəsinə keçməsə də, gərgin şəraitdə keçib. Messinin özü Kumanın mövqeyindən narazı qalıb.

 

Alpər

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4298 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun