Bakıda şok piyadavurma: Yolu keçən gənci avtomobil belə vurdu

Paylaş
6,692 İzlənmə
1 Ay Öncə

Bakıda baş verən dəhşətli piyadavurma anı kameraya düşüb.

 

Qaynar TV Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Görüntülərdə iki nəfər təhlükəsizlik adacığında dayanıb. Bir nəfər isə qarşı tərəfdən əks istiqamətə keçmək istəyir. Yola çıxan zaman isə olduğu zolaqda avtomobillərin istiqamətinə deyil, hələ növbəti keçəcəyi zolağın istiqamətinə baxır. Nəticədə avtomobil onu vuraraq qarşı yola atır. Bu zaman isə ikini maşının sürücüsü qəfil manevr edərək piyadanı yenidən əzməkdən son anda xilas olur. 

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr daha çox piyada keçidləri olmayan ərazilərdə olur. "Piyadaların diqqətinə çatdırmaq istəyirik ki, görüntülərdə əks olunan ərazidə artıq yeraltı piyada keçidi var. Yolu keçərkən mütləq keçiddən istifadə etsinlər ki, həyatlarını itirməsinlər."

 

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun