İnternetdə yeni fırıldaq - Diqqətli olun

Paylaş
996 İzlənmə
2 Həftə Öncə

Kürdəmir sakinləri sosial şəbəkədə işbazların toruna düşüb. Fırıldaqçılar insanların telefonlarına internet yükləmək adı ilə pullarını mənimsəyiblər.

 

Qaynar TV Xəzər TV-yə istinadla xəbər verir ki, internetdən istifadə edən fırıldaqçılar yenə iş başındadır.

 

Bu dəfə onların toruna Kürdəmir sakinləri düşüb. Rayon sakini Ramin Mütəllimov sosial şəbəkələrdə telefonuna internet yükləmək üçün araşdırma aparıb. Belə bir səhifə ilə qarşılaşan rayon sakini həmin şəxsə müraciət edərək limitsiz internet almaq istədiyini yazıb. Sonra isə ona deyilən məbləği ödəyib.

 

Pulu yükləyəndən sonra həmin səhifə ilə əlaqə qurmaq mümkün olmayıb. Raminlə bərabər onun qohumu Amal Misirov da fırıldaqçılığın qurbanı olub. Hazırda isə onların yazışdığı şəxslə əlaqə qurmaq mümkün olmur.

 

Fırıldaqcılar digər insanları inandırmaq üçün ödənilən pulların qəbzlərini də səhifələrində paylaşıblar.

 

Aldadılan şəxslər başlarına gələn bu hadisədən sonra polisə müraciət edəcəklərini bildiriblər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

205 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun