Zelenski terrorçunun tələbini dərhal yerinə yetirdi, xalqa müraciət etdi və...

Paylaş
3,956 İzlənmə
3 Həftə Öncə

Ukrayna Prezidenti Vladimir Zelenski "Lutsk terrorçusu"nun tələbini yerinə yetiriv və terrorçu Maksim Krivoşun söyləməsini tələb etdiyi sözləri deyərək videosunu paylaşıb. 

 

Qaynar TV xəbər verir ki, Ukraynda sərnişin avtobusunu girov götürən terrorçu Krivoş bütün yüksək vəzifəli şəxslərin özlərinin dövlət terrorçusu olduqlarını etiraf etmələrini tələb edib. Prezident Zelenskidən isə bir video yazmaq və hər kəsə 2005-ci ildə çəkilmiş "Earthlings" (“Yerdən olanlar”) filmini izləməyi tövsiyə etməyi tələb edib.

 

Zelenski terrorçu ilə əlaqə yaradıb və Krivoş girovların bir qismini sərbəst buraxacağı təqdirdə bu tələbi yerinə yetirəcəyinə söz verib. Əvvəlcə polisin üç girovu - bir uşağı, hamilə qadını və onun nənəsini avtobusdan çıxardığı bildirilmişdi. 

 

Bundan sonra, İnternetdə Vladimir Zelenskinin danışdığı video üzə çıxıb: “2005-ci ildə çəkilmiş “yerdən olanlar” filmini hamı izləməlidir". Terrorçu saxlanıldıqdan sonra Zelenski videonu hesablarından silib. Lakin istifadəçilər videonu Youtube portalına yerləşdirməyi bacarıblar.

 

Bu, Sean Monsonun çox səs-küy yaratmış və bir neçə mükafat qazanmış sənədli filmidir. Filmdə kamera ilə zoodükanlardan, “heyvanların doğduğu fernalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikləri, kəsim məntəqələri, dəri və xəz istehsal olunduğu və satıldığı yerlər, heyvanların iştirakı ilə idman və əyləncə tədbirlərinin gizli çəkilmiş görüntülər əks olunub. Filmdə heyvanların insan tərəfindən istismarı problemi qaldırılır.

 

Xatırladaq ki, dünən, iyulun 21-də səhər kiçik Lutsk şəhəri Ukraynanın bütün informasiya məkanını ələ keçirib. Bütün bunlar bir psixiatriya klinikasında qeydiyyatda olan Maksim Krivoşun "Beresteçko - Krasilovka" marşrutu ilə hərəkət edən avtobusun sərnişinlərini girov götürəndən sonra baş verib. Qızğın adam Ukraynanın hakim elitasının nümayəndələri "qanuni terrorçu" olduqlarını açıq şəkildə bildirməyəcəkləri halda insanları öldürəcəyini elan edib. 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

2170 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun