Karantin günlərində kommunal idarələr necə işləyir?

Paylaş
352 İzlənmə
2 Ay Öncə

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə aidiyyatı qurumlar tərəfindən zəruri tədbirlər görülür.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Azərişıq ASC vətəndaşlara göstərilən bütün növ xidmətləri onlayn şəkildə davam etdirir. Sosial şəbəkələrdə - feysbuk, instaqram  vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

 

Tanrıverdi Mustafayev – “Azərişıq” ASC-nin Mətbuat Katibi: “Bütün ASAN Xidmət və ASAN Komunal mərkəzlərində ən zəruri xidmətlər göstərilir. ASAN xidmət və ASAN komunal mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini 199 çağrı mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilər”.

 

Azərsu ASC vətəndaşlarla təması minimuma endirmək üçün əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğaclara baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb.

 

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin Mətbuat Katibi: “Onlardan debitor borc tələb edib, sularını kəsmirik. Katantin davam edəcəyi müddətdə də borca görə, heç bir abonentin suyu kəsilməyəcək. Əsas hədəfimiz odur ki, insanları bu müddətdə dayanıqlı və təhlükəsiz içməli su ilə təmin edək. Onlara normal kanalizasiya xidmətləri göstərək”.

 

Azəriqaz istehsalat birliyi isə bu günlərdə sosial aksiyaya start verib. Belə ki, qurum əməkdaşları yaşı 65-dən çox olan abonentlərə qaz təsərrüfatı ilə bağlı yaranan problemlərin həllində yardımçı olur.

 

Ceyhun Səfərov – “Azəriqaz” İB-nin Mətbuat Katibi: “Bu yaş kateqoriyasında olan abonentimiz öz smart kartına növbəti dəfə vəsait yerləşdirmək istəyərkən onun kartı götürülür, ödəniş terminalında vəsait yerləşdirilir və ondan sonra kart gətirilib mənzildə abonentin özünə qaytarılır. Və ya məişət cihazlarının hansındasa nasazlıq yaranarsa onların da təmiri təmənnasız olaraq səyyar qruplarımız tərəfindən həyata keçirilir”.

 

Azəriqaz istehsalat birliyinin 104-185 saylı çağrı mərkəzinə zəng etmək və ya 077-310-41-04  votsap nömrəsinə mesaj göndərməklə bu imkandan yararlanmaq olar.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14118 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun