Alban futbolçu: "Neftçi"nin uğurlarında pay sahibi olmaq istəyirəm"

Paylaş
139 İzlənmə
6 Ay Öncə

"Neftçi" kimi komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam".

 

Qaynar TV xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi kanalına açıqlamasında deyib.

 

"Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə olduğunu bildirib: "Albaniyanın bu klubda ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam".

 

29 yaşlı oyunçu "Neftçi"yə əlindən gələnin ən yaxşısını etmək üçün keçdiyini deyib: "Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, komanda mümkün qədər çox qələbə və çempionluq qazansın".

 

Qeyd edək ki, "Neftçi" Bruno Teluşi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun