Mincivana dönən qatar

Paylaş
509 İzlənmə
1 Həftə Öncə

Dəmiryolçu Kərim Piriyev iki il idi ki, dəmir yolunda işləyirdi. Bakı-Cəbrayıl-Zəngilan qatarında vaqon bələdçisi idi. Öz ata-baba yurduna gedib gəlirdi. Amma həmin gün reys əvvəlkilərdən fərqli oldu. 1993-cü ilin payızında Mincivan yaxınlığında olan qatar ermənilər tərəfindən mühasirəyə alınır.

 

Dedilər ki, yollar bağlanıb, bir daha bu qatar geri qayıtmayacaq. O vaxt gənc olan Kərimin təkcə bələdçisi olduğu qatar yox, ana vətəni, öz ailə üzvləri qalırdı düşmən tapdağında. Sərnişinləri isə hələ Arazın soyuq və gur axınından keçmək kimi çətinliklər gözləyirdi.

 

ARB Xəbər dəmiryolçu Kərim Piriyevin hekayəsi ilə bağlı maraqlı sujet hazırlayıb.

 

Kərim Piriyev - Dəmiryolçu: “Böyük həsrət hissi ilə gözləyirdik ki, qayıdaq öz yurd-yuvamıza. Neynəməliyəm ki?” Sevinc gözyaşlarıdır. Bunu hər adam yaşaya bilməz. Ona görə ki, o həyatı mən yaşamışam, mən bilirəm. Gözləyirəm ki, Ali Baş Komandanın nəzarəti altında hər şey düzələcək və kəndimizə qayıdacağıq”.

 

İndi onun ən böyük arzusu yenidən Cəbrayıl-Mincivan qatarında vaqon bələdçisi olmaqdır. Deyir, bəlkə də 1993-cü ildə Zəngilan qatarını birgə tərk etdikləri sərnişinlərlə də qarşılaşacaq.

 

Kərim Piriyev - Dəmiryolçu: “Kimi məni xatırlayacaq, kimi xatırlamayacaq. Kimi deyəcək ki, bu Cəbrayıl qatarında işləyib. Kimi isə deyəcək ki, bu həmin dayıdırmı görən?” .

 

Arzunun əsas hissəsinə çatmısan, dəmiryolçu Kərim! Cəbrayıl- Mincivan qatarında görüşərik.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun