Rusiya Federal qoşunları nədən Çeçenistana yeridilib?

Paylaş
586 İzlənmə
1 Ay Öncə

Çeçenistan parlamentinin spikeri Maqomed Daudov respublikada federal qoşunların gəlməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

 

Qaynar TV xəbər verir ki, bir qədər əvvəl "Novaya qazeta" yerli sakinlərə istinadla Nadtereçnı rayonuna qoşunların daxil olduğunu və bunu göstərən videoların yayımlandığını bildirmişdi. 

 

Videoda magistral yol boyu çoxlu "Ural" hərbi avtomobillərin toplanması, Bratskoye, Beno-Yurt və Znamenskoye kəndlərinin yaxınlığındakı çadır şəhərcikləri diqqət çəkib. Kadrlar bir avtomobilin videoqeydiyyat kamerasıyla çəkilib.

 

Sosial şəbəkələrdə canlı yayım zamanı Daudov bu ərazidə hərbçilərin yerləşməsi əvvəlcədən planlaşdırılıb. Onun sözlərinə görə, qoşunlar buraya Sernovodski rayonundan gəlib və yerdəyişmə üçün dayanıblar.

 

O, əlavə edib ki, bunlar müntəzəm təlim fəaliyyətdir.

 

"Biz əvvəllər heç onların mövcudluğunu hiss etməmişik", - Daudov qeyd edib.

 

Cənubi Hərbi Dairənin mətbuat xidməti bir qədər əvvəl Çeçenistana heç bir əlavə hərbi hissənin daxil olmadığını bildirib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14118 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun