Vilyam Hacıyevin cinayətləri: İmişlidə nələr olub?

Paylaş
938 İzlənmə
4 Həftə Öncə

İmişlidə dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli yaşayış binasındakı mənzillər rüşvət müqabilində satılıb.

 

Halbuki, bu mənzillər sosial-məişət şəraiti aşağı olan şəxslər üçün tikilib və onlara pulsuz paylanmalı idi.

 

Qaynar TV "Xəzər TV"yə istinadən xəbər verir ki, keçmiş icra başçısı Vilyam Hacıyev mənzil almağa növbəsi çatan vətəndaşları öz adamları vasitəsilə çağırtdırıb və onlardan pul müqabilində mənzilləri almalarını tələb edib.

 

Vətəndaşlarla söhbət zamanı məlum olur ki, ətraf rayonlardan gələnlər belə pul verərək mənzil sahibi olublar.

 

Ev ala bilməyən vətəndaşlar deyirlər ki, əksər mənzillər rüşvətlə satılıb. Bəzi evlər isə öz adamlarının adına rəsmiləşdirilib. Hazırda isə həmin mənzillər kirayə verilib.

 

Hazırda Vilyam Hacıyev barəsində ittiham olunan maddələr üzrə araşdırmalar davam etdirilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun