Azərbaycanlı futbolçular karantin rejimini pozdu

Paylaş
721 İzlənmə
1 il Öncə

Azərbaycanlı futbolçular karantin qaydalarını pozaraq, gecəyarısı parkda məşq ediblər. 

 

"Report"un məlumatına görə, bunlar "Səbail"in kapitanı Eltun Yaqublu və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur. 

 

Yaqublu bu barədə "Intagram" hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib. Video, böyük ehtimalla, Dənizkənarı Bulvarda çəkilib. Yaqublu görüntünün üzərinə "Stay at home" ("Evdə qal") yazmağı da lazım bilib.  

 

Nazirlər Kabineti yanında Operativ Qərargah evdən çölə icazəsiz çıxmağı və bütün parklara girişi qadağan edib. 

 

Qeyd edək ki, Eltun Yaqublu 2017-ci ildən "Səbail"də çıxış edir. Ağabala Ramazanov isə bu ilin əvvəlində məhz "Səbail"dən "Zirə"yə keçib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun