İpoteka kreditləri restrukturizasiya olunacaq

Paylaş
335 İzlənmə
7 Ay Öncə

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

 

Bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

Mövzunu şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bu qərara böyük ehtiyac var idi. Çünki mövcud vəziyyətdə çoxsaylı şəxslərin ipoteka krediti ödənişlərində ciddi problemlər meydana gəlmişdi.

 

Qeyd edək ki, hazırda bütün banklarda mövcud olan ipoteka kreditlərinin ümumi həcmi 1.1 milyard manat həcmindədir.

 

Rəşad Həsənov bildirir ki, əhalinin gəlirlərinin aşağı düşdüyü bir vaxtda bu cür qərarın verilməsi ilə banklar yenə də lazım olan vəsaiti alırlar. Sadəcə olaraq müqavilənin müddəti bir qədər uzanmış olur.

 

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib. Biznes və istehlak təyinatlı kreditlərin tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6035 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun