Xərçəngdən əziyyət çəkir, bir ayağını itirib, 16 ildir müəllim işləyir

Paylaş
23 İzlənmə
3 Həftə Öncə

Hər gün məktəbə gəlir və şagirdlərinə həvəslə dərs keçir. Elə bu həvəsi onu məktəbin ən sevimli müəlliməsinə çevirib.

 

Söhbət xərçəng xəstəliyinə görə bir ayağını itirən, ancaq buna baxmayaraq, öz nümunəvi davranışı ilə digərlərinə də nikbinlik aşılayan Nərmin Əhmədovadan gedir.

 

16 ildir ki, paytaxtın Xətai rayonundakı 116 saylı məktəbdə ingilis dilindən dərs deyən Nərmin Əhmədovanın fəaliyyəti təkcə məktəblə də məhdudlaşmayıb. O, öz fəaliyyəti ilə seçilən müəllimlərdən biri kimi müsabiqəyə qatılmaqla, Böyük Britaniyada xüsusi təlimdə də iştirak edib.

 

Nərmin Əhmədovanın oğlu 13 yaşlı Adil Əhmədov da anasının dərs dediyi sinifdə oxuyur. O, anası ilə qürur duyduğunu və hər zaman ona dəstək olmağa çalışdığını bildirir.

 

Məktəbin direktoru Gülnaz Kərimova deyir ki, Nərmin Əhmədova nikbinliyi və pozitiv davranışları ilə kollektivi hər zaman təəccübləndirir.

 

Daha çox ictimai nəqliyyatdan istifadə etdiyini deyən Nərmin Əhmədova insanların bəzən baxışları ilə onu izləməsindən narahat olduğunu bildirir. Onun fikrincə, qüsurlu insanlar fiziki cəhətdən hansısa problemi olanlar yox, əqidə problemi olanlardır. (Xəzər TV)

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

88 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun