“Universitetdən çıxmağa icazə verilmir” - Çində təhsil alan azərbaycanlı

Paylaş
322 İzlənmə
2 Həftə Öncə

"Universitetdən kənara çıxmağa icazə yoxdur. Bu çəkilişləri edə bilmək üçün çətinliklə icazə almışam".

 

Qaynar TV xəbər verir ki, bunu Çində təhsil alan azərbaycanlı tələbə Əli Əlizadə SİA-ya açıqlamasında deyib.

 

Ə.Əlizadə bildirib ki, universitetdə, ümumiyyətlə şəhərdə səhiyyə əməkdaşları əllərində sırf virusun simptomlarını ortaya çıxara bilən qızdırma ölçən cihazla mütəmadi olaraq yoxlamalar aparırlar: "Tələbələr həm universitetə daxil olarkən, həm də ali təhsil müəssisəsindən kənara çıxarkən ciddi yoxlanılırlar. Universitetdən kənara çıxan tələbələrə tez qayıtmaqları barədə tapşırıqlar verilir. Geri qayıdan tələbədə əgər hərarət normadan artıqdırsa, həmin tələbə birbaşa xəstəxanaya göndərilir”.

 

Ə.Əlizadə qeyd edib ki, yaşadığı və təhsil aldığı Anhui əyalətinin Hefei şəhəri virusun ortaya çıxdığı və daha geniş yayıldığı Uhan şəhərinə 300 kilometr məsafədə yerləşir: "Hefei şəhərində vəziyyət hələ ki, normaldır. Hazırda Çində virusa yoluxanların sayı 20 min 502 nəfər, virusdan ölənlərin sayı 426 nəfər, bu epidemiyadan sağalanların sayı isə 660 nəfərdir. Bu rəqəm Çin hökumətinin rəsmi yaydığı statistikadır. Uhanda karantin vəziyyəti davam etməkdədir. Uhan şəhərində təxmini 6 və ya 7 azərbaycanlı tələbə olub, lakin qardaş Türkiyə onları oradan evakuasiya edib. Hazırda onlar Türkiyədə karantin vəziyyətindədirlər”.

 

Sonda isə Ə.Əlizadə vurğulayıb ki, Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları bizimlə mütəmadi əlaqə saxlayır və halımızın, vəziyyətimizin necə olduğu ilə maraqlanırlar: "Yaşadığım şəhərdə supermarketlər fəaliyyət göstərir, lakin nisbətən kiçik mağazalar bağlanıb. Marketlərdə bəzi ərzaq çatışmazlığı da var. Bağlanan marketlərin nə vaxt açılacağı isə məlum deyil. Əksər universitetlər ikinci semestri ləğv edib. Bəzi universitetlər isə ikinci semestrin başlama tarixinin gecikəcəyini bildirib. Lakin dəqiq vaxt deyilmir. Bu bir və ya iki ay da ola bilər. Hazırda bütün tələbələr xəbər gözləyirlər”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun