Göyçayda güclü külək bir sıra fəsadlar törədib

Paylaş
42 İzlənmə
1 Ay Öncə

Dünən günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib.

 

Qaynar TV "Report"a istinadən xəbər verir ki, güclü küləyin təsiri nəticəsində Göyçay şəhərinə və bir neçə kəndə elektrik enerjisinin verilişi bir neçə saat dayanıb. Külək ağaclara, elektrik və rabitə naqillərinə zərər vurub.

 

İlkin məlumata görə, külək gecə saatlarında Göyçay rayonunun ərazisində beşmərtəbəli yaşayış binasının dam örtüyünü yerindən qopararaq səkinin üstünə aşırıb. Xöşəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.

 

Göyçay şəhərində və kəndlərdə külək nəticəsində qaz təminatında problem olmayıb.

 

Rayonun bir neçə kəndlərində yanğın hadisələri qeydə alınıb. Əsasən Məlikkənd və Şıxbəy kəndlərində 5 hektara yaxın ərazidə biçilmiş taxıl sahəsi, kol-kos yanaraq tələf olub. Hava küləkli olduğundan yanğın qısa vaxtda əraziyə yayılıb. Əraziyə FHN-nin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və canlı qüvvəsi cəlb edilib. Görülən tədbrlər nəticəsində alovun yaxınlıqdakı ərazilərə keçməsinin qarşısı alınıb.

 

Rayonda elektrik və rabitə xətlərinin verilişi bərpa edilib.

 

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində dəyən ziyanı araşdırır.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

88 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun